Olmo: “Statistikama əhəmiyyət vermirəm”

“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo bu mövsüm vurduğu qollar haqda danışıb.

Futbolpress.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi statistikaya əhəmiyyət vermədiyini deyib:

“Statistikama əhəmiyyət vermirəm. Mən sadəcə komandamın qalib gəlməsini istəyirəm”.

“Barselona” fevralın 22-də İspaniya La Liqasının 25-ci turunda səfərdə “Las Palmas”ı məğlub edib. Qarşılaşma 2:0 hesablı heç-heçə ilə yekunlaşıb. Qollardan birini Olmo vurub.

26 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 22 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Fevralın 25-i Bakı vaxtı ilə saat 00:30-da İspaniya kubokunun yarımfinalında “Barselona” “Atletiko Madrid”i qəbul edəcək.