İspaniya millisinin və “Leypsiq”in futbolçusu Dani Olmo “Bavariya”nın diqqət mərkəzinə düşüb.
Futbolpress.az xəbər verir ki, “Barselona” və “Mançester Siti”dən sonra Münhen təmsilçisi də yarımmüdafiəçini transfer etməkdə maraqlıdır. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
İspaniya millisi ilə Avropa çempionu olan Olmo qərar verməyə tələsməyəcək. Turnirdən sonra bir müddət istirahət etməyi düşünən yarımmüdafiəçinin yeni klubu ayın sonuna kimi dəqiqləşəcək.
“Leypsiq” 26 yaşlı futbolçunu buraxmaq istəmir.
Olmo İspaniya millisi ilə Avro-2024-də 3 qol vurub və bombardirlər siyahısında qərarlaşıb.