“Barselona”nın futbolçusu Dani Olmo karyerasını İtaliyada davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Milan” ispan yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə “Corriere della Sport” nəşri məlumat yayıb. İtaliya klubu Olmonu mövsümün sonuna kimi icarəyə götürmək istəyir.
“Barselona” maliyyə problemləri səbəbindən Olmonu La Liqa oyunları üçün qeydiyyatdan keçirə bilməyib. Futbolçu bu səbəbdən çempionatın II dövrəsində oynaya bilməz.