Olmo: “İstədiyimiz budur”

İspaniya millisi Avro-2024-ün finalında İngiltərə ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, görüş oyulun 14-də baş tutacaq.

İspaniya millisinin futbolçusu Dani Olmo “Marca”ya açıqlamasında finaldan gözləntilərini bölüşüb:

“Son çempionluğumuzdan 12 il keçir. Düşünürəm ki, yenidən qızıl medalları qazana bilərik. İstədiyimiz budur. Bütün diqqətimiz finaldadır”.