“Leypsiq”in futbolçusu Dani Olmo adının “Barselona” ilə hallanmasına münasibət bildirib.
Futbolpress.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi taleyinin Avropa çempionatından sonra dəqiqləşəcəyini bildirib:
“La Liqa dünyanın ən yaxşı çempionatlarındandır. Gələcəyim 14 iyuldan sonra bəlli olacaq. “Barselona” və ya başqa komanda hələ bilinmir”.
Hazırda İspaniya yığması ilə Avro-2024-də mübarizə aparan Olmo ötən mövsüm “Leypsiq”lə 25 oyunda 8 qol vurub, 5 məhsuldar ötürmə edib.