“Turan Tovuz”un futbolçusu Denis Marandiçi dünən Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Sabah”la oyunda ciddi zədə alıb.
“FutbolPress“in məlumatına görə, rəqib hücumçu Pavol Şafranko ilə mübarizə zamanı ayağı sınan oyunçu uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Belə bir hadisə ardıcıl ikinci ildə kubokda təkrarlanıb.
Ötən il “Sumqayıt”ın legioneri Kristian Velinovski kubokun II təsnifat mərhələsində “Lerik”lə matçda ayağı sınmış və 6 aydan sonra yaşıl meydanlardan uzaq qalmışdı.