Ölkə birinciliyi başa çatdı

Gənc boksçular arasında Azərbaycan birinciliyi başa çatıb.

Futbolpress.az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 64 komandanın 304 (278 kişi, 26 qadın) idmançısı qüvvəsini sınayıb. 6 gün davam edən turnirin son günündə oğlanlar arasında 13, qızlarda 5 çəki dərəcəsi üzrə çempion və medalçılar müəyyənləşib.

Turnirin komanda hesabında “Təhsil” Respublika İdman Mərkəzi 45 xalla birinci yeri tutub. İkinci pilləyə Gəncə (31) yiyələndiyi halda, “üçlüy”ü “Dəmir Yumruq” (27) qapayıb.

Birincilikdə ən yaxşı boksçu adına Sübhan Məmmədov layiq görülüb. Ən yaxşı məşqçi Ruslan Dadaşov (Şirvan), ən yaxşı hakim isə Rövşən Qədirov seçilib.