Ölkə çempionatının qalibləri bilindi

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçirilib.

Futbolpress.az xəbər verir ki, turnir 11-13 may aralığında keçirilib.

Kişilərin mübarizəsində Orxan Qubatov birinci, Ruslan Əmiraslanov ikinci, Yəhya Məmmədov və Dmitriy Neçay üçüncü olub.

Qadınlarda Zəhra Abbasova “qızıl”a sahib çıxıb. Mina Nəsirova ikinci, Sudabəxanım İsmayılova ilə Anastasiya Kononova üçüncü olublar.