“Olimpiakos”un baş məşqçisi: “Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”

“Olimpiakos”un baş məşqçisi Xose Mendilibar Konfrans Liqasının finalında “Fiorentina”ya qarşı keçirəcəkləri matçdan əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, o, qələbə üçün əllərindən gələni edəcəklərini bildirib:

“Biz sakit olmalıyıq. Proqramımızda nəyisə dəyişmək düzgün olmazdı. Bu, finaldır və bizi bura gətirən matçlara necə yanaşmışıqsa, bu qarşılaşmaya da eyni cür yanaşmalıyıq. Mən və oyunçularım final üçün hazırdır. Azarkeşlərə demək istəyirəm ki, bizi dəstəkləsinlər. Xoşbəxt olacaqlar. Mən onlara söz verirəm ki, yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”.

Afinadakı “AEK Arena”da baş tutacaq “Olimpiakos” – “Fiorentina” matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşü portuqaliyalı Artur Diaşın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.