“Olimpiakos” 22 il sonra bunu təkrarladı

“Olimpiakos” 2002-ci ildən sonra avrokuboklarda öz ölkəsində çempion olan birinci komanda oldu.

Futbolpress.az xəbər verir ki, yunanlar Afinada keçirilən Konfrans Liqasının qalibi olub. “Olimpiakos” həlledici oyunda “Fiorentina”nı məğlub edib – 1:0.

Sonuncu dəfə “Feyenoord” UEFA Kubokunda Niderlandda çempion olub.