“Mançester Yunayted”in ev oyunlarını keçirdiyi “Old Trafford”un tribunlarının 30 min tamaşaçı tutumuna endirməsi planlaşdırır.
Futbolpress.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb. Gələcəkdə qadınlardan ibarət komanda və akademiya komandaları görüşlərini “qırmızı şeytanlar”ın indiki ev stadionunda keçirəcəklər. Hazırda “Old Trafford” 76 212 tamaşaçı tutumuna malikdir.
Daha əvvəl bildirilmişdi ki, “Mançester Yunayted” öz tribunalarında 100 min tamaşaçı tuta bilən yeni klub stadionu tikməyi planlaşdırır. Yeni stadionun tikintisi altı il çəkə bilər. Layihənin dəyəri ilkin olaraq 2,4 milyard avro olaraq qiymətləndirilir. Üstəlik, yeni arena “Old Traffor”da bitişik ərazidə tikilə bilər.
“Xəyalların teatrı” verilən arena 1910-cu ildə istifadə verilib. Bu illər ərzində stadion 8 dəfə təmir edilib