Oblak rekordu təkrarladı

“Atletiko” İspaniya La Liqasının II turunda “Jirona”nı məğlub edib – 2:0.

Futbolpress.az xəbər verir ki, görüş Madrid klubunun qapıçısı Yan Oblakın çempionatdakı 335-ci quru oyunu olub.

Oblay qol buraxılmayan oyun sayında keçmiş qolkiper Karlos Kameniyə çatıb. Hər iki qapıçı La Liqada ən çox quru oyun keçirən əcnəbi qolkiperdir.