Qurban Qurbanov Portuqaliyadan futbolçu gətirib, onlara “level” atladır və yaxşı nəticələr qazanır.
AFFA da milli komandaya həmin ölkədən baş məşqçi gətirdi. 69 yaşlı.
O deyil, AFFA, qarışdırmısan…
Ahıl yaşda Fernandu Santuş keyfiyyətli futbolçu potensialı geniş olmayan millidə nə edəcək ki…
Qarşısına AÇ-2028 seçmələrində uğurlu nəticə tələbi qoyulduğu açıqlanıb. Uğurlu nəticə nəyə deyilir – konkret göstərilməyib. Uğurlu nəticə, məsələn, Gürcüstan millisinin Avropa Çempionatına yüksəlməsidir. Belə açıq tələb niyə qoyulmayıb?
Yenə nəzəri cəhətdən uğursuz yanaşma. Görək praktika nə göstərəcək…
Ümumiyyətlə, AFFA-da idarəçilik dəyişsə də, təfəkkür dəyişikliyi hələ görmürük.
P.S. 69 yaşlı insandan 2028-ci il AÇ seçmələrində uğurlu çıxış tələb etmək də, hardan baxsan, kral hərəkətdir.
Elçin Cəlilov