“Nyukasl”ın 3-cü cəhdi

Yeni mövsümə hazırlıqları davam etdirən “Nyukasl” müdafiə xəttini gücləndirmək istəyir

Futbolpress.az xəbər verir ki, “sağsağanlar” “Kristal Pelas”ın mərkəz müdafiəçisi Mark Qeini heyətinə qatmaqda maraqlıdır. “Nyukasl” artıq iki dəfə futbolçunun klubuna təklif göndərsə, danışıqlar uğursuz alınıb. Xüsusilə də baş məşqçi Eddi Hauenin planların daxil olan Qei üçün üçüncü təklif göndəriləcək.

2021/2022 mövsümündən “Kristal Pelas”da çıxış edən Mark Qei 5 qol, 3 ötürmə ilə yadda qalıb.