“Nyukasl”da yeni futbolçu

“Nyukasl” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “sağsağanlar” “Bornmut”la müqaviləsi başa çatan Lloyd Kellini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Kelli ötən mövsüm 25 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.