“Nyukasl” hücumçusu üçün fantastik məbləğ tələb edir

“Nyukasl”ın hücumçusu Aleksandr İsakın yay transfer pəncərəsində komandadan ayrılacağı ehtimalı azdır.

Futbolpress.az xəbər verir ki, “sağsağanlar”ın rəhbərliyi belə düşünür. Amma “Nyukasl” əsas hücumçusunu itirməkdən narahat deyil. Çünki 25 yaşlı isveçli oyunçu üçün heç kimin tələb olunan qiyməti ödəməyəcəyinə inanırlar. Mənbələrin məlumatına görə, İngiltərə təmsilçisi İsak üçün 181,5 milyon avroluq transfer haqqı istəyir.

Bu mövsüm 29 matçda iştirak edən hücumçu iştirak etdiyi bütün turnirləri nəzərə alsaq, 19 qol vurub və 5 qol ötürməsi edib.

İsakın “Nyukasl”la müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.