“Nürnberq” rəsmisi Mahirdən danışdı: “Texniki cəhətdən bacarıqlıdır”

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniya təmsilçisi “Nürnberq”lə müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, II Bundesliqa klubunun idman direktoru Olaf Rebbe forvardın keçidi haqda fikirlərini bölüşüb:

“Mahir bir hücumçuda ehtiyac olan bir çox komponenti özündə birləşdirir. O, yaxşı göstəricilərə malikdir və texniki cəhətdən bacarıqlıdır. Bizim işimiz onu mümkün qədər tez komandaya və oyunumuza uyğunlaşdırmaqdır”.

Mahir Emreli “Nürnberq”lə 1+1 illik müqavilə imzalayıb.