Dortmund “Borussiya”sının baş məşqçisi Nuri Şahin UEFA Çempionlar Liqasında “Real”a uduzduqları görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:5 hesabıyla bitən oyunla bağlı bunları deyib:
“Birinci hissədə çox yaxşı oynadıq. Topla əla davrandıq, iki əlaq qol vurduq. Özümüzə fərdi duellərdə sürətli olacağımıza söz vermişdik. Lakin ikinci hissədə qısa müddətdə qollar buraxdıqdan sonra geridönüş etmək çətin oldu.
Əvəzetmələr özünü doğrultmadı. Məğlubiyyətin taktika dəyişikliyinə görə olduğunu düşünmürəm. “Real”ın təzyiqini artıracağını bilirdik, amma geri çəkilmək məcburiyyətində qaldıq. Ümumi olaraq, bu oyunda yaxşı müdafiə olunmadıq və bundan dərs çıxarmalıyıq”.