Noyer üzr istədi

“Bavariya” Almaniya Kubokunda mübarizəni 1/8 finalda dayandırıb.

Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisi bu raundda “Bayer” səddini aşa bilməyib (0:1).

Matçın birinci hissəsində qırmızı vərəqə alan “Bavariya”nın qolkiperi Manuel Noyer görüşdən sonra komanda yoldaşlarından üzr istəyib:

“Bu, şübhəsiz ki, böyük bir məyusluqdur. Qırmızı vərəqədən sonra asan olmadı. Uşaqlar çox çalışsa da,a lınmadı. Komandadan üzr istəyirəm. Artıq nəyisə dəyişə bilmərəm. Səhv etdim və bunu qəbul edirəm”.