Almaniya millisinin qapıçısı Manuel Noyer Avropa çempionatlarında 17-ci oyununu keçirib.
Futbolpress.az xəbər verir ki, 38 yaşlı qolkiper Macarıstanla qrup mərhələsinin II turunun görüşündə meydana çıxıb.
Noyer Avropa çempionatlarında ən çox oyun keçirən ikinci qapıçı olub. O, daha əvvəl 17 oyun sayı ilə rekordçu olan italiyalı Canluici Buffona çatıb. Noyer daha bir görüşdə iştirak etsə, bu göstəricidə rekordun sahibi olacaq.
Almaniya Macarıstanı 2:0 hesabıyla məğlub edib.