Noyer millidən getdi

“Bavariya”nın qapıçısı Manuel Noyer Almaniya yığmasındakı karyerasını bitirib.

Futbolpress.az xəbər verir ki, bu barədə qolkiper özü açıqlama verib.

Noyer 2009-cu ildə yığmada debüt edib. O, milli ilə DÇ-2014-ün qalibi olub.