“Bavariya”nın qapıçısı Manuel Noyer Çempionlar Liqasında “Real”a məğlub olduqları görüşdən sonra fikirlərini bölüşüb.
Futbolpress.az DAZN-a istinadən xəbər verir ki, qolkiper finala yaxın olduqlarını bildirib:
“Futbol oynayanlar hansı hissləri keçirdiyimi yaxşı bilər. Son 10 dəqiqəyə 1:0 öndə girdik. Finalın bir addımlığında idik, özümüzü finalda görürdük, ancaq olmadı. Sözüm yoxdur”.
“Real” 85-ci dəqiqəyə qədər 0:1 geridə olduğu oyunda qələbə qazanıb – 2:1.