Noyer “Bavariya”dan ayrılır? – açıqlama

“Bavariya”nın qapıçısı Manuel Noyer açıqlama verib.

Futbolpress.az xəbər verir ki, qolkiper Münhen təmsilçisini tərk edəcəyi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib:

“Özümü yaxşı hiss edirəm və fikirləşirəm ki, məşqçilər heyəti məndən razıdır. Mövsümün sonunda klubu tərk etmək fikrim yoxdur. Hər şeyin yayda başa çatacağı düşüncəsi ilə mövsümə başlamıram. İnanıram ki, yaxşı olacaq”.

Noyer 2011-ci ildən “Bavariya”da forma geyinir. O, bir neçə gün əvvəl Almaniya yığmasındakı karyerasını bitirdiyini açıqlayıb.