Nkunku ilə bağlı qərar verildi

“Çelsi” futbolçusu Kristofer Nkunku ilə bağlı qərarını verib.

Futbolpress.az xəbər verir ki, “zadəganlar” fransalı yarımmüdafiəçini satmayacaq. Bu barədə “Football İnsider” portalı məlumat yayıb.

Daha əvvəl adı “Mançester Yunayted”lə hallanan futbolçu “Çelsi”də qalacaq. Baş məşqçi Enso Mareska Nkunkunu əsas heyətin aparıcı üzvlərindən biri hesab edir və onun gedişinə razı deyil.

Nkunku bu mövsüm Premyer Liqada 10 oyunda qol vura bilməyib.