Nikodan “Barselona”nı məyus edən xəbər

“Atletik”in futbolçusu Niko Uilyams gələcəyi ilə bağlı qərarını verib.

Futbolpress.az xəbər verir ki, ispan vinger Bilbao təmsilçisində qalmağa qərar verib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Adı “Barselona” ilə hallanan Niko daha bir mövsüm “Atletik”in formasını geyinəcək.

Futbolçunun klubla sözləşməsi 2027-ci ilin yayına kimidir. 22 yaşlı vingerin “transfermarkt”da dəyəri 70 milyon avrodur.