Niko millinin düşərgəsindən ayrıldı

“Atletik”in futbolçusu Niko Uilyams İspaniya millisinin düşərgəsini tərk edib.

Futbolpress.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb. 22 yaşlı futbolçu zədə səbəbindən millinin UEFA Millətlər Liqasında Danimarka və Serbiya ilə oyunlarını buraxacaq.

Nikonun əvəzinə yığmaya “Real Sosyedad”dan Serxio Qomes dəvət edilib.