Nigeriyalı hücumçu “Sabah”la vidalaşdı

“Sabah”dan ayrılan nigeriyalı hücumçu Emmanuel Apeh klubla vidalaşıb.

Futbolpress.az xəbər verir ki, müqaviləsi başa çatan forvard sosial şəbəkə hesabında bunları yazıb:

“Yolları ayırmaq vaxtı gəldi. Özümü yaxşı hiss edirəm, çünki “Sabah” kimi böyük klubda oynadım. Klubun prezidentinı, idman direktoruna, məşqçilər heyətinə və klubda çalışan hər kəsə təşəkkür edirəm. Onlar son iki mövsümdə mənə böyük dəstək göstərdilər. “Sabah”da unudulmaz anlar yaşadım. Əlbəttə, azarkeşləri də unutmuram. Gözəl hissləri bölüşdük.

İndi getmək və yeni çağırışa qoşulmaq vaxtıdır. Lakin həmişə “Sabah” və onun möhtəşəm azarkeşləri qəlbimdə olacaq”.

27 yaşlı forvard Premyer Liqada 65 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə edib.