Nigeriyalı hücumçu “Napoli”dən ayrılacaq

“Napoli”nin hücumçusu Viktor Osimhen klubu tərk etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə Neapol təmsilçisinin idman direktoru Covanni Manna insayder Fabrizio Romanoya açıqlamasında bildirib:

“Osimhen başqa kluba buraxılmasını istədi. Getmək niyyətindədir və vəziyyət aydındır. Qarşıdakı günlərdə necə olacağını görəcəyik”.

Osimhen 2020-ci ildən “Napoli”də çıxış edir. 25 yaşlı hücumçu 133 oyunda 76 qol vurub.