Niderland yığmasının üzvü “Monako”nu seçdi

“Monako” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Fransa klubu PSV-dən müdafiəçi Cordan Tezeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Niderland yığmasının da üzvü olan Cordan müdafiənin sağ cinahında oynayır. O, PSV-də 189 oyunda 4 qol vurub, 23 məhsuldar ötürmə edib.