Braziliyanın “Botafoqo” klubunun prezidenti Dursesio Mello “Əl Hilal”ın hücumçusu Neymarın komandaya mümkün keçidindən danışıb.
Futbolpress.az xəbər verir ki, funksioner braziliyalı hücumçunun transferini düşünmədiklərini deyib:
“Tanrı qorusun! Neymar indiyə qədər gördüyüm ən yaxşı oyunçulardandır. O, Messi ilə eyni səviyyədədir, Ronaldodan isə qat-qat üstündür. Lakin Neymar karyerasını məhv etdi və yenidən zədələnib”.
Neymar bu mövsüm “Əl Hilal”la bir oyuna çıxıb.