Neymarın son durumu bilindi

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal”ın futbolçusu Neymarın son durumu məlum olub.

Futbolpress.az xəbər verir ki, Asiya Çempionlar Liqasında “İstiqlal”la matçda (3:0) zədə alan Neymar azı 2 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə komandanın baş məşqçisi Jorje Jezuş məlumat yayıb.

Neymar iki həftə sonra məşqlərə qoşulacaq, lakin onun tam oyun vəziyyətində nə zaman olacağı məlum deyil.