Neymar yanvara qədər oynamayacaq

“Əl Hilal”ın hücumçusu Neymar ilin sonuna kimi oynaya bilməyəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Səudiyyə Ərəbistanı klubu çempionat oyunları üçün braziliyalı hücumçunu sifariş etməyib.

Klub heyətdə dəyişikliyi yalnız yanvarda edə bilər və Neymar o zaman iştirak ərizəsinə daxil ediləcək.

Hücumçu 2023-cü ilin oktyabrında ağır zədə alıb və hələ yaşıl meydanlara qayıtmayıb.