Neymar “Santos”a qayıdacaq? – AÇIQLAMA

Neymarın meneceri Eran Zahavi müştərisinin “Santos”a qayıdacağı xəbərlərini şərh edib.

Futbolpress.az xəbər verir ki, agent insayder Fabrizio Romanonun sorğusuna cavab olaraq bu haqda danışıb:

“Neymar “Əl Hilal”dadır və müqaviləsi davam edir. O, klubda özünü xoşbəxt hiss edir və kimləsə danışıq aparmır”.

Daha əvvəl Neymarın qış fasiləsində Səudiyyə Ərəbistanı klubundan ayrılacağı və ölkəsi Braziliyaya qayıdacağı bildirilib.