Neymar qayıtmaq istəyir

“Santos”un hücumçusu Neymar Avropaya qayıtmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “Cadena Ser” nəşri məlumat yayıb. Neymar yayda Avropanın TOP-5 klublarından birinə keçmək və yüksək səviyyədə oynamaq niyyətindədir.

Braziliyalı hücumçu ötən ay “Əl Hilal”dan “Santos”a keçib. O, iki oyunda meydana çıxıb.

Neymar daha əvvəl “Barselona” və PSJ-də forma geyinib.