Neymar: “Qayıtmağıma şans yoxdur”

“Əl Hilal”ın hücumçusu Neymar adının “Santos”la hallanmasına münasibət bildirib.

Futbolpress.az xəbər verir ki, braziliyalı futbolçu indiki məqamda sözügedən kluba qayıtmaq haqda düşünmədiyini deyib:

“Qayıtmağıma şans yoxdur. Bunlar cəfəngiyyatdır. “Əl Hilal”la bir illik müqaviləm var. “Santos” sevdiyim klubdur, ancaq hələ dönməyi düşünmürəm. Ümid edirəm ki, zədədən sonra “Əl Hilal”da yaxşı mövsüm keçirəcəm”.

Neymar “Santos”un yetirməsidir. O, Braziliyanı tərk etdikdən sonra “Barselona” və PSJ-də çıxış edib. Forvard ötən yaydan “Əl Hilal”a keçib. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.