“Neymar, evə gəl!”

“Əl Hilal”dan ayrılan Neymar karyerasını Braziliyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, oyunçu “Santos”la razılaşıb. Braziliya təmsilçisinin prezidenti Marselo Teşeyra sosial şəbəkə hesabında transfer haqda bunları yazıb:

“Zaman çox sürətlə keçir. Yeni tarix yazmağımızın vaxtıdır. Neymar, evə gəl, səni burda gözləyirik”.

Neymar “Santos”un yetirməsidir. O, “Barselona”, PSJ və “Əl Hilal”da forma geyinib.