Neymar bu il milliyə çağırılmayacaq

“Əl Hilal”ın futbolçusu Neymar ilin sonuna kimi Braziliya yığmasına dəvət almayacaq.

Futbolpress.az xəbər verir ki, 32 yaşlı vinger zədəsini yeni sağaltsa da, millinin noyabrdakı Venesuela və Uruqvayla oyunlarına çağırılmayacaq.

Neymar 2023-cü ilin oktyabrında Braziliya millisinin düşərgəsində ciddi zədə almışdı və bir ay yaşıl meydanlardan kənarda qalmışdı.