“Əl Hilal”ın futbolçusu Neymarın meneceri açıqlama verib.
Futbolpress.az xəbər verir ki, o, braziliyalı hücumçunun adının “Barselona” ilə hallanmasına münasibət bildirib:
“Neymarın “Barselona”ya qayıtması haqda çıxan xəbərlər yalandır və bu, “Əl Hilal”a, oyunçuya hörmətsizlikdir. Neymar burda xoşbəxtdir və o, tezliklə azarkeşlərini sevindirmək üçün meydana qayıdacaq”.
32 yaşlı futbolçu 2023-cü ilin avqustundan “Əl Hilal”da çıxış edir. Neymar ötən ilin sonlarında zədə alıb və hələ o vaxtdan meydana çıxmayıb.
Braziliyalı hücumçu 2013-2017-ci illərdə “Barselona”nın formasını geyinib.