')

Bu gün:


FutbolPress.Az | Qurban Qurbanov "Beşiktaş"ın siyahısında - klub rəsmisi təsdiqlədi

Qurban Qurbanov "Beşiktaş"ın siyahısında - klub rəsmisi təsdiqlədi


oxunma sayı: 723 Paylaş:

FutbolPress"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Beşiktaş"ın baş məşqçisi postuna namizədlərdəndir.

Futbolpress.az xəbər verir ki, bu barədə "qara qartallar"ın Xarici Əlaqələr üzrə Departament rəhbəri Meriç Müldür "ARB 24" kanalına açıqlamasında deyib. O, Qurbanovun namizədlər siyahısında yer aldığını bildirib:

"Amma bu gün üçün qətiləşmiş bir durum yoxdur. Çünki çoxlu namizədimiz var. "Beşiktaş" Fernando Santuşda axtardığını tapa bilmədi. İndi axtarışlar başlayıb. Yeni mövsüm üçün baş məşqçimizin əcnəbi olacağı görünür. Lakin əlbəttə, Sərgən Yalçın kimi ismi ön plana çıxan türk məşqçimiz də var. Qurban Qurbanov da namizədlərdən biridir. Onun da adı Türkiyə mətbuatında hallanır. Amma hələlik qəti qərar verilməyib və indi bu barədə danışmaq tez olar" - deyə klub rəsmisi bildirib.

"Beşiktaş"da baş məşqçi Fernandu Santuşla yollar ayrılıb. 


oxunma sayı: 723 | Paylaş:




?>