')

Bu gün:


FutbolPress.Az | "Neftçi"nin idman direktoru: "Bütün görülən işlər gələcəyə hesablanıb"

"Neftçi"nin idman direktoru: "Bütün görülən işlər gələcəyə hesablanıb"


oxunma sayı: 319 Paylaş:

FutbolPressBu gün "Neftçi Arena"da "ağ-qaralar"ın idman direktoru Yens Anderssonun iştirakı ilə mətbuat konfransı təşkil olunub.

Futbolpress.az xəbər verir ki, klub rəsmisi jurnalistlərin suallarını cavablandırdı:

- Hər birinizi burada görməkdən məmnunam. 6 aydır ki, "Neftçi"dəyəm, bu aylar ərzində nələr etmişik, nələri planlaşdırırıq, bunlar haqda məlumat vermək istəyirəm. Belə kluba gəlmək xoşdur, böyük tarixi var. Yeni mədəniyyət, yeni ölkə bir az çətin ola bilər, amma buradakı həmkarlarım məni yaxşı qarşıladılar. Son vaxtlarda bir neçə islahatlar baş verib. Amma mən idman departamenti haqda məlumat vermək istəyirəm. Digər məsələlər haqda əlaqədar şəxslər məlumat verə bilər. Deparatmentin strukturunu dəyişdik, əsas, ehtiyat heyət və skautlardan ibarət heyət var. Bu normal strukturdu, lakin biz infrastruktur sahəsini də əlavə edə bilərik ki, onlar da klubun idman qurğuları ilə məşğul olacaqlar. "Neftçi"yə ilk gələndə şəraitlə bağlı təəccübləndim. Bizim yaxşı təlim-məşq bazamızda binamız var. Amma binanın içi boş idi. Biz konteynerlərdə çalışırdıq. Belə klub üçün bu, düzgün deyildi. Təmirə zaman və pul ayırdıq və planlaşdırıldığı kimi yox, əlavə yeniliklər etdik. Bunun nəticəsində futbolçuların şəraitini daha da yaxşılaşdırdıq. Həmçinin, skautinq fəaliyyətinə yetərincə diqqət ayırmışıq. Bir müddət sonra transfer mövsümü başlayacaq. Hazırda heyətimizdə yaşlı oyunçular çoxdur, lakin bizim üçün əsas təcrübə və xarakterdir. Skautlarımızın da işi daha yaxşı xarakterə malik futbolçular tapmaq olacaq. Xatırlayırsınızsa, ilk mətbuat konfransında demişdim ki, işləyib sonra danışmağı xoşlayıram, indi isə danışmağın zamanıdır. Başa düşürəm ki, klubda müəyyən qədər narahatlıq və bizə qarşı qəzəb var. Bəzən narazılıq klub daxilində də olub. Çünki biz də yaxşı nəticələr gözləyirdik. Hazırda uzun müddətlik hədəflərimizə daha çox enerji sərf edirik. Bunun nəticəsini illər sonra görəcəksiniz. Bəzən olur ki, irəliyə doğru iki addım atmaq üçün bir addım geri atmaq lazım olur.


- İdman departamentində sizdən başqa daha iki nəfər var: Kamil Məmmədov və Zaur Əzizov. İş bölgüləri necə aparılır?
- Kamil və Zaurdan başqa da insanlar var. Mənim işim departamentin işini yönləndirməkdir. Kamil və Zaur fərqli sahələrdən gəlib. Zaur əvvəl idman direktoru kimi çalışıb. Onların təcrübəsi dəyərlidir və mənə dəstək verirlər. Zaur klubdaxili məsələləri idarə etməkdə, gündəlik əməliyyatları həyata keçirməkdə yarımçı olur. Kamil isə agent olaraq çalışır. Hazırda klubda etdiyimiz yeniliklərlə bağlı fərqli vizyonun olması mənim üçün əsasdır və ondan bu yöndə yararlanırq. Bu gün struktur dəyişikliyi etmək səbəbi hər bir vəzifənin öz işini uğurla davam etməsidir. Təbii ki, "Neftçi" kimi klubuda bir nəfər bu işləri görməməlidir. Amma təbii ki, veriləcək böyük qərarların yeganə məhsuliyyətini mən daşıyıram. Təbii ki, hansısa oyunçu haqda qərarı stakutinq komandamızla fikir müdabiləsi aparıb, məşqçinin də fikirlərini öyrənəcəyik.

- Yay və qış fasiləsində 13 transfer oldu. Həmin transferlərin performansını necə dəyərləndirirsiniz?
- Bütün oyunçuları qiymətləndirmək üçün vaxtım olmayıb. Qış transfer pəncərəsində Moreno və Konte cəlb edilib. Onlar gəncdir, lakin legioner təcrübələri var idi. Onlara müəyyən qədər adaptasiya müddəti lazımdır. Bu skautluk fəaliyyətində ən çətin məqam onun adaptasiya müddətini müəyyən etməkdir. Biz Morenonun oyununu müəyyən qədər görmüşük. Amma nəzərə almaq lazımdır ki, onlar 3 aydır burada çıxış edirlər. Onlar elə yaşdadır ki, ən yaxşı oyunlarını görməmişik. Bu mənim üçün təcrübə və potensialın balanslı qorunması üçün vacibdir. Yay transfer pəncərəsində komandada deyildim, amma bu barədə mənə məlumat verilib. Qısa müddət ərzində bu transferlər baş tutub. Qısa hazırlıq dönəmi keçiblər. Təbii ki, adətən məşqçilərin bəyəndiyi futbolçuları transfer etmək lazımdır. Əks halda problem ola bilər. Qısa hazırlıq dönəmi oldu, lakin oyunçunu klubu tərk etdiyi vaxtda dəyərləndirmək lazımdır.

- Sizin infrastrukturdan danışmağınız mənim üçün qəribə oldu. Təcrübənizdə baza məsələləri ilə məşğul olduğunuz dönəmlər olubmu və baza tam olaraq nə vaxta hazır olar?
- Əslinə qalsa, bu kimi təcrübələrim olub. Qeyd etdiyim kimi bazanən əvvəlki eskizlərində də müəyyən dəyişikliklər etdik. Gündəlik işlərimizdə ehtiyac duyğumuz şeyləri bilirik. Həmçinin "Beşiktaş"lı həmkarlarımızdan da müəyyən tövsiyələr almışıq. Bu baza komanda üçün vacib və müsbət nəticələr verəcək. Bu işin birinci mərtəbəsinin təmirini mövsümün əvvəlinə qədər bitirəcəyik. İkinci mərhələyə payızda başlayacağıq. Lakin bazanın sahəsini lazımı avadanlıqlarla təmin etmişik.

- Baza tamamilə nə zaman komandanın ixtiyarına verilcək?
- Hazırda işçilər çalışır. Əvvəlki ssenaridən fərqli olaraq dəyişikliklər var. Bina 6 mərtəbədən ibarətdir. Hər mərtəbə 1500 kvadrat metrdən ibarətdir. Komanda üçün gündəlik əməliyyatlar üçün lazım olacaq şərait var. İkinci mərhələdə isə prosessin digər fazası baş tutacaq. Təbii ki, "Neftçi" kimi klubların bazasına investisiya etmək cəsarət tələb edir. Bu işlərin nəticəsini siz gələn il görməyəcəksiniz. Bu, gələcəyə hesablanıb. Mənə əsas lazım olan ilk üç mərtəbədir. Birinci mərtəbənin açlışı mövsümün əvvəlinə qədər hazı olacaq.

- Transfer edilən 5 hücumameyilli futbolçu 3 qol vurub. Bu müddət ərzində komandaya normal hücumçu tapmaq bu qədərmi çətindir?
- Futbol çox çətin oyundur. Təbii ki, skautinq fəaliyyətidə çətinlik olur. Elə oyunçu tapmalısan ki, komandaya uyğunlaşa bilsin, nəticə versin. Məsələn, "Bayer"in oyunçu transfer etmək işləri ilə bizimki fərqlidir. Çünki onların oturuşmuş heyəti var. Ona görə buna vaxt lazımdır.

- Sosial şəbəkələrdə sizin məvacibinizlə bağlı iddialar var. Hətta 1 milyon aldığınız qeyd olunur. Bu məsələyə bir dəfəlik son qoya bilərsiniz?
- İndiyə qədər mətbuatla məvacibimi müzakirə etməmişəm, indi də etməyəcəyəm.

- İddialara görə yayda komandanı bir çox oyunçu tərk edəcək. Kimlər tərk edə bilər və hansı mövqelərə yeni transferlər gözlənilir?
- Siz göndərliməyi planlaşdırılan "qara siyahı"nı nəzərdə tutursunuzsa, məndə belə siyahı yoxdur. Bizim oyunçularımızın müqavilsi bitəcək. Ola bilər ki, bəziləri ilə müqavilə uzadılsın.

- Sizin planlarınız müqavilə müddətində baş tutacaq, yoxsa buna vaxtınız çatmayacaq?
- Bütün görülən işlər gələcəyə hesablanıb. Bunun üçün də qısamüddətli uğurlar əldə etmək lazımdır. Təbii ki, uzun və qısa vadəli uğurlar arasında balansı qorulamlıyıq. Bilirəm ki, uğurlar əldə etməsəm, burada işim davam etməyəcək. Komandanı yeniləmək üçün 3 transfer pəncərəsi tələb edir.


- Siz "Neftçi"yə dəvət olunduqda əsas işlərinizdən biri də gənc yerli futbolçuların əsas komandaya inteqrasiyası idi. Geridə qalan 7 ay müddətində bu yöndə hansı işlər görülüb və bundan sonrakı mərhələdə nələri hədəfləyirsiniz?
- Fərid və İsmayılı "Turan Tovuz"a icarə vermişik. Hər zaman komandada ehtiyat qüvvə saxlamağa çalışırıq. Bizimlə daim əvəzedici komandadan 4-5 futbolçu məşq edir. Ağadadaş demək olar ki, daim bizimlədir. Bu işlərə daha çox payızda vaxt ayıracağıq. Çünki bir çox işi eyni anda görmək olmur. Çalışırıq ki, gənc oyunçulara daim şans verək. Amma zamanlama düzgün olmalıdır. Hər hansı futbolçunun komandaya gec və ya tez cəlb edilməsi ona ziyan vura bilər.

- Bojoviçin komandaya gəlişində sizin rolunuz nə qədərdir? Və məşqçi komandaya gəldikdə iki hədəf qoyulmuşdu. Kubok əldən getdi. Çempionatda şanslarınız var. Onun işini nə dərəcədə qiymətləndirirsiniz?
- Hər həftə qiymətləndirmə aparıram. Qərar verməzdən əvvəl planlar qururuq. Sonda məşqçi işini qiymətləndirəcəyik.

- Bojoviçin komandada qalması ilə bağlı yekun fikri rəhbərliyə Siz çatdıracaqsınız?
- Bəli.

- Skautinq komandası necə işləyəcək və strategiya baxımında klub üçün avrokuboklar önəmli olacaq, yoxsa çempionat?
- Təbii ki, skautluq üçün əsas prinsiplər var. Amma biz oyunçuları canlı görmək istəyirik. Çünki oyunçunun videoda topla davranışını görürsünüz. Biz canlı oyunları izləmək istəyirik ki, onlar topsuz vəziyyətdə necə hərəkət edirlər?

- Uzun zaman üçün perspektivdən danışdınız, bəs qısa müddət üçün nələri nəzərdə tutursunuz?
- Hər bir oyuna qələbə qazanmaq əzmi ilə çıxmalıyıq. Hazırda çox çalışırıq ki, heyətimizi maksimum formalaşdıraq. Gələcək mövsüm üçün hazırlıqlara başlamışıq.

- Azarkeşlərin komandanı boykot etməsinə münasibətiniz nədir?
- Böyük klublarla iş təcrübəm olub. Böyük azarkeş ruhu olan klublarda işləməyi sevirəm. Görmüşəm ki, bu kluba olan azarkeşlik bəzən qəzəbə çevrilə bilər. Bunu anlayıram. Amma boykot yaxşı üsul deyil. Çünki düşünürəm ki, klubu sevirsinizsə, onun hər zaman yanında olmalısınız. Bura gələndə atmosferi görəndə müsbət mənada təcüblənmişdik. Oyunçular da stadiondakı atmosfer üçün darıxırlar. İstəyərdik ki, onları stadionda görək. Əgər klubun uğurlarını istəyiriksə, gücümüzü birləşdirməliyik. Sabah bütün azarkeşləri stadiona dəvət edirik.

Məlik Məlikov


oxunma sayı: 319 | Paylaş:




?>