')

Bu gün:


FutbolPress.Az | "Qəbələ" legionerini göndərdi

"Qəbələ" legionerini göndərdi


oxunma sayı: 60 Paylaş:

FutbolPress“Qəbələ” İdman Klubu israilli futbolçu Feras Abu Akalla yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2022-ci ilin iyulundan "Qəbələ"də çıxış edən legioner “qırmızı-qara” formada keçirdiyi 47 matçda 3 qol vurub. Feras Premyer Liqada 37 (2 qol), Azərbaycan kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib.


oxunma sayı: 60 | Paylaş:




?>