"Neftçi" finala çıxa bilmədi
Paylaş:
Kişi voleybolçular arasında Azərbaycan çempionatında ikinci finalçının adına aydınlıq gəlib.
Futbolpress.az xəbər verir ki, "Murov Az Terminal" "Neftçi" ilə qarşılaşıb. Matç birincilərin 3:0 (25:20, 25:21, 25:19) hesablı qələbəsi ilə başa çatıb.
Bu komandalar arasında keçirilən ilk görüşdə "Neftçi" eyni hesabla məğlub olmuşdu.
"Murov Az Terminal" finalda “Azərreyl”lə üz-üzə gələcək.
| Paylaş: