')

Bu gün:


FutbolPress.Az | Azərbaycan millisinin heyətində dəyişiklik edildi

Azərbaycan millisinin heyətində dəyişiklik edildi


oxunma sayı: 254 Paylaş:

FutbolPress17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

İspaniyanın “Marset” Futbol Akademiyasından cəlb olunan qapıçı Elbrus Kərimov məşq zamanı zədələndiyi üçün onun əvəzinə “Neftçi” klubundan Məhdi Həsənov milliyə dəvət edilib.

U-17 aprelin 16-dan 21-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Milli aprelin 22-dən 28-dək isə Belarusun paytaxtı Minskdə təşkil olunacaq İnkişaf turnirində iştirak edəcək. U-17 turnir çərçivəsində Belarus, Özbəkistan və Tacikistan yığmaları ilə qarşılaşacaq.


oxunma sayı: 254 | Paylaş:




?>