')

Bu gün:


FutbolPress.Az | Avropa Liqası: "Liverpul" mübarizəni dayandırdı

Avropa Liqası: "Liverpul" mübarizəni dayandırdı


oxunma sayı: 122 Paylaş:

FutbolPressBu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Futbolpress.az xəbər verir ki, İtaliya təmsilçiləri "Roma" və "Milan" paytaxt Romada üz-üzə gəliblər. "Roma" rəqibini məğlub edib və adını yarımfinala yazdırıb. Komandalar arasındakı ilk oyunda "canavarlar" qələbə qazanıb.

İngiltərənin "Liverpul" komandası ilk oyunda məğlub olduğu "Atalanta"nın səfərdə qonağı olub. Matçda minimal hesablı qələbə qazanan "qırmızılar" iki oyunun nəticəsinə görə Avropa Liqasında mübarizəni dayandırıb. Tərəflər arasındakı birinci görüş italyanların üstünlüyü ilə yekunlaşıb.

UEFA Avropa Liqası
1/4 final mərhələsi, cavab oyunları

18 aprel


Roma (İtaliya) - Milan (İtaliya) 2:1 (penaltilər - 3:2)
Qollar:
C.Mançini, 13, P.Dibala, 22 - M.Qabbia, 85
İlk oyun 1:0

23:00 Atalanta (İtaliya) - Liverpul (İngiltərə) 0:1
Qol: M.Salah, 7 (pen.)
İlk oyun 3:0

23:00 Marsel (Fransa) - Benfika (Portuqaliya) 2:1 (penaltilər 3:2) 
Qol:
Mumbanya, 79
İlk oyun 1:2

23:00 Vest Hem (İngiltərə) - Bayer (Almaniya) 1:1
Qollar:
M.Antonio, 13 - Frimponq, 89
İlk oyun 0:2


oxunma sayı: 122 | Paylaş:




?>