')

Bu gün:


FutbolPress.Az | Andrey Lunyov:  "Qarabağ" Rusiyada ilk 3 yer uğrunda mübarizə aparardı"

Andrey Lunyov: "Qarabağ" Rusiyada ilk 3 yer uğrunda mübarizə aparardı"


oxunma sayı: 387 Paylaş:

FutbolPress"Qarabağ"ın və Rusiya millisinin qapıçısı Andrey Lunyov "Sports.ru" saytına müsahibə verib.

Futbolpress.az həmin müsahibəni ixtisarla təqdim edir:

- "Qarabağ"a keçəndə tənqid olundunuz. Bu səni narahat etmirdi?
- Aydın məsələdir ki, Rusiyada “Qarabağ”ı az izləyirlər və özünü Avropada necə göstərdiyini bilmirlər. İkinci dərəcəli komanda olmasını və “Bayer”dən ora keçməyimi faciə saymaq stereotip düşüncəsidir. Bu tənqidlər mənə qətiyyən təsir etmir.

- Əla mövsüm keçirdiniz. Az qala bütün Avropanı özünüzə heyran buraxdınız. İndi özünü sübut etdiyini düşünürsən?
- Məqsədim kiməsə nəyisə sübut etmək deyildi. Sadəcə mən meydançaya qayıdıb futbol oynamaq istəyirdim. Bunu bacardığım üçün şadam. Zədələndikdən sonra geri qayıdacağımı sual edirdilər. Zaman göstərdi ki, hər şey qaydasındadır. 3-4 gündən bir oyunlardan ibarət qrafikimiz oldu. Buna da yaxşı tab gətirdim. Başa düşmək lazımdır ki, Azərbaycanda heç də hamısı keyfiyyətli olmayan süni örtüklərdə oynayırıq. Təbiidən süniyə, yaxşıdan pisə keçid də mane olmadı. İkinci vəzifəm “Bayer”də qazandıqlarımı meydanda göstərmək idi.

- Avropa Liqasının 18 final mərhələsində "Bayer"İ məğlub etməyə yaxın idiniz. Necə hisslər keçirdiniz?
- Çox məyus idik.

- O gecəni necə keçirdin?
-  Komanda yoldaşları bir otaqda toplaşdıq, danışdıq. Oyunu təhlil etdik. Hava limanına gedənə qədər 3-4 saat vaxtımız var idi.

- Necə oldu ki, "Bayer"ə böyük problem yaşatdınız?
- Bu müxtəlif amillərin birlaşməsindən yaranıb. Oyunçuların düzgün seçilməsi, taktiki-texniki tələblər, nizam-intizam uğur qazanmağımıza kömək oldu.

- "Qarabağ"ın səviyyəsi səni təəccübləndirdi?
- Bir dostum "Qarabağ"da oynayıb. Onların "Frayburq"la matçların izlədim. Üslübları xoşuma gəldi. Bizdə belə bir streotip var: Azərbaycan kimi ölkədə güclü komanda ola bilməz. "Qarabağ"ın avrokubok təcrübəsi çoxdur. Həmçinin futbolçuların çoxu milli komandalarında güclü rəqiblərə qarşı oynayıblar. Düzdür, çempionatda rəqabət aşağıdır, amma futbola qayıtmaq üçün "Qarabağ" yaxşı seçim idi.

- Murad Musayev bildirmişdi ki, "Qarabağ" Rusiya Premyer Liqasında çempionluğa oynaya bilər. Razısan bu fikirlə?
- Bəli. Həmçinin onu da qeyd etmək olar ki, çempionluq belə olmasa, "Qarabağ" Rusiyada ilk 3 yer uğrunda mübarizə aparardı. Sadəcə Rusiya futbolu bir az qapalı və sərt oyunu sevir. Belə vəziyyətdə komandanı kənardan izləmək maraqlı olardı. "Qarabağ" topa nəzarət etməyi sevir. Amma bu, Rusiyada belə deyildi. Rəqiblər cəhd etsələr də topu bizdən ala bilmirlər.

- Qurtarışların sayına görə Avropada birinci (36) oldun. Bunu necə izah edərsən?
- Soyuqqanlılıq göstərdim. Bu da alındı.

- Karyeranızın ən yaxşı vaxtlarını "Qarabağ"da keçirirsən demək olar?
- Ən yaxşı anlarından birini yaşayıram. "Zenit"də də maraqlı vaxtlarım keçib.

- Qurban Qurbanovun gücü nədədir?
- Dürüst məşqçidir. Komandaya bütün tələblərini bildirir.

- Bakıda rahatsınız?
- Gündəlik hətayım normal keçir. İnsanların çoxu Rus dilini bilir. İqlim olduqca yaxşıdır. Şəhər mərkəzindən kənarda fərqli mədəniyyər var. Həmçinin insanların bir hissəsi dindardır. Ümumilikdə azərbaycanlılar mehriban və qonaqpərvərdilər.

- Dostlarım deyir ki, son illər Bakı olduqca inkişaf edib...
- Əvvəllər Bakıda olmadığım üçün müqayisə apara bilmərəm. Amma şəhər müasirdir. Yeni mərhəzlər, parklar tikilir. Lakin mənfi cəhətlər də çoxdur. Uşaqlarınızla gedə biləcəyin yerlərin sayı azdır. Həmçinin yaşıllıqlar çox deyil.

- Murad Musayev sürücülükdən şikayət edirdi...
- Bəli, Mahaçqala tərzindədir sürücülük. İlk dəfə gedəndə üç zolaqlı yolda 5 zolaq avtomobilin düzüldüyünü gördüm. Orada qəzaların az olması təəccüblüdür. Hava isti olanda sakinlər dönmə işıqlarından istifadə etmirlər. Pəncərədən işarə edib, zolaq dəyişirlər.

- Şəhərdə ən sevdiyiniz yer harada?
- Sahili sevirəm. Küləkli olur.

- "İphone X" işlədirsiniz. Niyə yeni telefon almırsınız?
- Zəng gedib, gəlir. Başqa nəyə lazımdır?

- Maşınınız nədir?
- Kia Optima. Budan əvvəl başqa maşınım var idi. Lakin yolda problem yaşadım, işləmədi

- Müsahibənizin birində demisiniz ki, pul əsas deyil...
- Bəli, ailəmin rahatlığı mənim üçün daha önəmlidir.

- Mətbuatın yazdığına görə "Zenit"dəkindən (200 min avro) 5 dəfə az maaş alırsan?
- Burada özümü rahat hiss edirəm. Başqa təkliflər var idi, lakin Avropada qalmaq istədim.

- Pulunuzu hara yatırırsınız?
- Daşınmaz əmlaka. Biznes qurmaq istəyirəm, amma başa düşürəm ki, indi vaxtı deyil.

- Xoşbəxtsən?
- Həm hə, həm yox.  Çünki peşəkar kimi özümü tam təsdiq etməmişəm. Daha çox inkişaf etmək istəyirəm.

Məlik Məlikov


oxunma sayı: 387 | Paylaş:




?>