')

Bu gün:


FutbolPress.Az | "Azərbaycanda heç vaxt unutmayacağım günlərim oldu" (MÜSAHİBƏ)

"Azərbaycanda heç vaxt unutmayacağım günlərim oldu" (MÜSAHİBƏ)


oxunma sayı: 586 Paylaş:

FutbolPressÖtən ilin yayında "Qəbələ"dən ayrılan, hazırda İsrailin “Hapoel Hayfa” klubunda çıxış edən braziliyalı hücumçu Felipe Dos Santos "FutbolPress"ə müsahibə verib.

- Hazırda çıxış etdiyiniz "Hapoel Hayfa" klubunda işləriniz necə gedir?
- Burada hər şey əldadır. Komandam 10 il idi ki, pley-offa çıxa bilmirdi, lakin bu il buna nail olduq. Hazırda burada çox xoşbəxtəm. Avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparırıq.

- "Qəbələ"nin oyunlarınız izləyirsiniz?
- Bəli, "Qəbələ"nin oyunlarını izləyirəm. Çempionatdakı vəziyyətdən xəbərdaram. Komandanın düşdüyü vəziyyətə görə pis oluram. Ötən il ölkə kubokunu qazandıqdan sonra hər şeyin fərqli olacağını düşünürdüm. Lakin, nəticə fərqli oldu. Ümid edirəm ki, komanda "qara zolaq"dan tezliklə çıxar. Klub rəhbərliyinin səhvlərinin məsuliyyətini azarkeşlər danışmamalıdır.

- Azərbaycanda keçirdiyiniz günləri necə xatırlayırsınız?
- Azərbaycanda iki mövsüm keçirdim. Çıxış etdiyim komandada hər zaman hər zaman diqqətləri üzərimə çəkməyi bacarmışam. "Qəbələ" ilə ölkə kubokunu qazandıq. Komandanı avrokuboklara apardıq. Azərbaycanda heç vaxt unutmayacağım günlərim oldu.

- "Qəbələ"də ən yadda qalan anınız nə olub?
- Təbii ki, ən yadda qalan məqam komanda ilə ölkə kubokunu qazanmağımız olub. "Qarabağ"ı mübarizədən kənarlaşdırmışdıq. Hər kəs oyunumuzu izləməkdən zövq alırdı. Azərbaycanın ən yaxşı oyun sərgiləyən komandalarından biri idik. Azərbaycanda bir neçə dostlarım var. Həmçinin, sizin vasitənizlə komandaya uğurlar arzulamaq istəyirəm.

- Yenidən təklif olsa, qayıdarsınız?
- Bəli, təkliflər olsa, dəyərləndirməyə hazıram.

- Qeyd etdiniz ki, Azərbaycan çempionatındakı vəziyyətdən xəbərdaram. Yəqin ki, "Qarabağ"ın çıxışını izləyirsiniz. Komanda Avropada uğurlu çıxış edir...
- Bəli, "Qarabağ"ın çıxışını izləyirəm. Komanda futbola ciddi yanaşan insanlardan təşkil olunub. Bunun nəticəsidir ki, Avropa Liqasında uğurlu nəticə əldə etdi. "Qarabağ" düzgün yoldadır. Onların işlərini yaxından izləmək lazımdır.

Məlik Məlikov


oxunma sayı: 586 | Paylaş:




?>