')

Bu gün:


FutbolPress.Az | Kaxaberin gəlişi nəyi dəyişdi? - artan tək şey fərqdir

Kaxaberin gəlişi nəyi dəyişdi? - artan tək şey fərqdir


oxunma sayı: 460 Paylaş:

FutbolPress“Qəbələ”də komandanın uğursuz çıxışına görə baş məşqçi Elmara Baxşıyevlə yollar ayrılmış və bu post gürcüstanlı Kaxaber Sxadadzeyə tapşırılmışdı. Komanda həmin zamanda turnir cədvəlində sonuncu – 10-cu sırada idi. Sxadadze artıq bir aydan çoxdur, “qırmızı-qaralar”a rəhbərlik edir.

Kaxaberin gəlişindən sonra “Qəbələ”nin yaxşı nəticələr qazanacağına, turnir cədvəlinin “zirzəmisindən” qurtulacağına inanalar az deyildi. Lakin nə Kaxaber “Qəbələ”ni düzəltdi, nə də mövqe deyişdi. İndi daha pisdir – 9-cu “Kəpəz”lə xal fərqi 16-ya yüksəlib. Sxadadze gəlişindən sonra “Qəbələ”ni çempionatda altı oyuna çıxarıb – 5 məğlubiyyət, 1 heç-heçə. Gürcü məşqçi Azərbaycana iş məqsədiylə gəldiyi növbəti səfərində hələ qələbə ilə tanış olmayıb. Komandanın sərgilədiyi oyun da ümid vermir. Baxşıyevin dövründə meydanda mübarizə aparan komanda var idisə, indi vəziyyət fərqlidir.

Kaxaber Sxadadze daha əvvəl oyunçu keyfiyyətindən gileylənirdi, ancaq ümidli danışırdı, inanırdı ki, komandanı toparlayacaq. Məğlubiyyətlər sıralanır, ancaq dəyişən nəsə yoxdur. Ya da, var… Sxadadzenin fikirləri – indi keyfiyyətdən əlavə, oyunçuların can yandırmadığını, istəksiz olduğunu iddia edir. Hələ üstəlik ciddi tədbirlər görəcəyini bildirir… Mövsüm bitir, komanda sonuncu sırada “möhkəmlənir”, ancaq meydanda sərgilənən oyunla bağlı tədbir yoxdur. Mövsümün əvvəlində heyətə cəlb edilən legionerlərin demək olar, heç birini bəyənməyən mütəxəssis işində qalsa, komandada heyətdə köklü dəyişikliklərin şahidi ola bilərik.

Sxadadzenin taleyinin elitadakı durumdan asılı olduğunu demək çətindir. Mütəxəssis “Zirə”yə məğlubiyyətdən sonra uzunmüddətli planlarının olduğunu söylədi, komandanın I Liqaya düşməsindən narahat olmayacağını da vurğuladı. Hər bir halda, emosional fikirlərdir və soyuq başla düşünsək, onun I Liqada “Qəbələ” ilə olacağı ehtimalı çətindir. Kaxa gələndə komandanın eyni vəziyyətdə olduğunu da qeyd edib. “Hara gəldiyimi bilirəm” fikrini dəfələrlə ifadə edən mütəxəssisin bundan sonrakı addımları maraqlı olacaq.  Son çıxışında bir növ “Qəbələ”ni elitada saxlayın” deyərək, hayqıran Sxadadzenin yəqin, özünün də artıq müəyyən planları var və qısa zamanda tətbiqinə başlaya bilər.

Şahin Cəfərov


oxunma sayı: 460 | Paylaş:




?>