')

Bu gün:


FutbolPress.Az | Çempionlar Liqasında qaydalar dəyişir: yeni format necə olacaq?

Çempionlar Liqasında qaydalar dəyişir: yeni format necə olacaq?


oxunma sayı: 346 Paylaş:

FutbolPressMəlum olduğu kimi, UEFA Çempionlar Liqasının formatında dəyişiklik edilib. Belə ki, növbəti mövsümdən etibarən komanda sayı 32-dən 36-ya çatdırılacaq. Bəs 4 komanda hansı kriteriyalar əsasında müəyyən ediləcək?

Belə ki, növbəti mövsümdən UEFA reytinqində ilk 2 yerdə qərarlaşan ölkələrin çempionatını 5-ci pillədə başa vuran 2 komanda Çempionlar Liqasında oynamaq imkanı əldə edəcək. Hazırda klub reytinqində ilk 2 yerin sahibi İtaliya və Almaniyadır. Yəni mövsüm indiki anda başa çatsaydı, "Roma" və "Leypsiq" bir nömrəli klub turnirinə vəsiqəni əldə edəcəkdi. Daha bir vəsiqə isə təsnifat mərhələsindən turnirə qatılmağı bacarmayan ən yuxarı reytinqə malik ölkə çempionuna veriləcək. Sonuncu - 4-cü vəsiqənin sahibi isə UEFA sıralamasında 5-ci olan ölkənin liqasında 3-cü yeri tutan komanda əldə edəcək.

Bundan əlavə turnir İsveçrə sistemi ilə keçiriləcək. Yarışda iştirak etməyə haqq qazanmış klub 9 komandadan ibarət 4 səbətə bölünəcək. Hər klub öz qrupu da daxil olmaqla digər qruplarda qərarlaşan 2 komanda ilə üz-üzə gələcək. Qrup oyunları 10 həftə ərzində keçiriləcək.

Turnir cədvəlində ilk 8 yeri tutan komanda 1/8 final mərhələsinə vəsiqə qazanacaq. 9 və 24-cü yerlər aralığında qərarlaşan komandalar isə 2 matçdan ibarət pley-off qarşılaşmasında üz-üzə gələcəklər. Qaliblər ən güclü 16 komanda arasında yer alacaq. Turnirin bu mərhələsi isə dəyişməz olaraq qalır.

Mövcud dəyişikliklər Avropa və Konfrans Liqasına da şamil olunacaq. Fərq isə oyun sayında olacaq. Belə ki, ÇL və AL-nın liqa mərhələsində 8 oyun olacağı halda, KL-da bu 6 matç olacaq. Həmçinin Çempionlar Liqasından Avropa Liqasına və ya Avropa Liqasından Konfrans Liqasına düşmək olmayacaq.

Məlik Məlikov


oxunma sayı: 346 | Paylaş:




?>