Neves olmadı, hədəf “Bavariya”lıdır

PSJ “Bavariya”nın futbolçusu Yozua Kimmix ilə maraqlanır.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Paris təmsilçisinin yarımmüdafiə xətti üçün əsas hədəfi Joao Nevesdir. Lakin “Benfika” fransızlardan 120 milyon avro tələb edib. PSJ bu səbəbdən oyunçudan vaz keçib.

Paris klubunun növbəti hədəfi isə Yozua Kimmixdir. Fransa təmsilçisi yaxın zamanda oyunçu və klubla danışıqlara başlayacaq.

29 yaşlı futbolçunun “Bavariya” ilə müqaviləsi 2025-ci ilin yayına kimidir. Onun “transfermarkt”da dəyəri 50 milyon avrodur.