23 yaşlı futbolçulardan ibarət Azərbaycan minifutbol yığmasının heyətində bu yaxınlarda Xorvatiyada keçirilən Dünya çempionatında iştirak etmiş daha bir futbolçu bundan sonra “Xankəndi” klubunda çıxış edəcək.
Futbolpress.az xəbər verir ki, bu, 22 yaşlı yarımmüdafiəçi Ziya Məmmədlidir.
“Neftçi” futbol klubunun yetirməsi olan gənc futbolçu, 12 yaşından 19 yaşına kimi flaqmanın müxtəlif yaş qruplarında və əvəzedici heyətində çıxış edib və bu müddət ərzində 4 dəfə Azərbaycan çempionu adını qazanıb.
Ziya Məmmədli 2015-ci ildə U-13 Liqasınında “ən yaxşı futbolçu” tituluna yiyələnib.
Bundan sonra “Araz Naxçıvan” və “İmişli” klublarında forma geyinən futbolçu Naxçıvan təmsilçisinin əvəzedici heyətində ölkə çempionu olub.
Ziya Məmməli Azərbaycanın U-17 və U-19 yığmalarına da çağırılıb.